Bakının Heydər Əliyev prospektində, “Koroğlu” metrosundan Bakıxanov qəsəbəsi istiqamətində avtoqəza qeydə alınıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az xəbər verir.

İlkin məlumata görə, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq dəmir maneəyə çarpılıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.