Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub. Bu haqda bu gün, 12 sentyabr tarixində BakuPlus.az APA-ya istinadən xəbər verib.

Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva adı çəkilən məhkəməyə ezam edilib. Bunun Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olması səbəbindən baş verdiyi bildirilir.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Həmin işlərin Aytən Əliyevanın icraatına veriləcəyi gözlənilir.