Bakıda dünya şöhrətli aşpaz Luis Palmerosun iştirakı ilə Meksika mətbəxi üzrə master-klass keçirilib. Bu barədə bu gün, 12 sentyabr tarixində BakuPlus.az Report-a istinadən xəbər verir.
Tədbir zamanı qonaqlara Meksikanın məşhur lobya şorbasının (La sopa de frijol), həmçinin fıstıq sousu və ədviyyatlı məşhur toyuq yeməyinin (El pollo encacahuatado) hazırlanma qaydası nümayiş etdirilib.
Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunnan master-klasın ardından şef-aşpazın hazırladığı təamların dequstasiyası olub.
Bundan öncə L.Palmeros həmçinin AzTV telekanalının qonağı olub.
L.Palmeros Meksikanın Verakrus ştatında anadan olub. Vətənində onun məşhur “El Cuarto Blanco” (Ağ otaq) restoranı var.