Bakının Sabunçu rayonu ərazisində dairəvi avtomobil yolunun qarşısındakı yolda quraşdırılan yeni nişan köhnə yol nişanları ilə hərəkət etməyə adət etmiş sürücüləri çaşdırır. Belə ki, sürücülər nişanlara uyğun deyil, vərdişlə sürürlər. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Nəticədə sürücülər yol nişanının tələbinə məhəl qoymur, bununla da yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaradırlar. Bu, göstərilən ərazidə nəqliyyat sıxlığının və təhlükəli vəziyyətin yaranması üçün ilkin şərait yaradır.
Sürücülərdən biri avtomobilində quraşdırılmış videoqeydiyyat kamerasına çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayıb. Videoda həmin şəxs yolun bu hissəsində düşdüyü vəziyyətdən danışır və məsələni həll etmək xahişi ilə Daxili İşlər Nazirliyinə müraciət edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ərazidə nəzərət gücləndirilib. Qaydanı pozan sürücülər də müəyyən olunaraq, barələrində inzibati protokol tərtib ediləcək.