Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hadisə Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Nəticədə “20 Yanvar” metro stansiyası istiqamətində tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar, sıxlığın səbəbləri aradan qaldırılır.