Bakının Binəqədi rayonu, Mirmahmud Kazımovski, 32/15 ünvanında oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Bakupost-a istinadən xəbər verir.

Sentyabrın 11-də binaya daxil olan şəxs evin qapısı qarşısından 500 manatlıq uşaq maşınını götürərək qaçıb.

Uşağın valideynlərinin sözlərinə görə, naməlum şəxs onların dalınca gələrək maşını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.