Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir.
İlk reys oktyabrın 1-də baş tutacaq. Bakı-Minsk-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə həyata keçiriləcək.
Minskə uçuşlar üçün aviabiletləri QSC-nin internet saytında – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.