Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Hadisə Qafur Muradov küçəsində, Daxili İşlər Nazirliyi Hospitalının yaxınlığında qeydə alınıb. “Toyota Prius” markalı avtomobil “Kia” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.