Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Hadisə bu gün, sentyabrın 12-si saat 09:45-dən 10:00-dək baş verib. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən qeydə alınıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.