Bakı şəhərinin Qaradağ rayonunda yataqxana binasında baş verən yanğın zamanı 50 nəfər təxliyə edilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 kv.m sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.
Əraziyə cəlb edilən xilasedicilər yanğını söndürərək, binanın qalan hissəsini yanğından mühafizə ediblər.