Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Koroğlu” metro stansiyasının yaxınlığında “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü sürət həddini aşaraq idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
Qəzada bir nəfər xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.