Bakının metro stansiyalarında əlavə “X-Ray” aparatı yerləşdirilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədovun sözlərinə görə, yeni tədris ili ilə bağlı “Nərimanov” və “Gənclik” stansiyalarının hər iki girişində əlavə “X-Ray” aparatı yerləşdirilib.
Qurğular gələcək zamanda digər stansiyalarda da yerləşdiriləcək.