Paytaxtın Nərimanov rayonunda velosipedlər oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Əməliyyat tədbiri RPİ-nin 16-cı Polis Şöbəsi əməkdaşları tərəfindən aparılıb. Nəticədə ayrı-ayrı ünvanlardan nəqliyyat vasitələrini ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qılman Dadaşov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.