Nəsimi rayonunda yağış və küləkdən sonra yaranmış fəsadlar aradan qaldırılıb. Bu haqda rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat yayıb.

Əsas küçə və prospektlərə xidmət sahələrinin maşın və mexanizmləri cəlb olunub. Müxtəlif ünvanlarda qırılan ağaclar doğranılıb və təmizlənərək ərazidən daşınıb.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində rayonun bütün xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib.