Bakının Nizami rayonunda, Qara Qarayev prospektində çoxlu sayda irigövdəli ağac dəmir hasara alınıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Bizim.media-ya istinadən xəbər verir.

8-ci kilometr bazarı ilə üzbəüz ərazidə yaşıllıq dəmir hasara alınıb. Sakinlərin sözlərinə görə, ərazidə ticarət obyekti tikiləcək və mövcud ağaclar kəsiləcək.

Nizami Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, adıçəkilən ərazidə abadlıq işləri planlaşdırılır. Lakin tikintinin aparılacağı barədə məlumat yoxdur.