Novxanı-Mehdiabad yolunda ağır qəza baş verib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İdarəetməni itirən “Hyundai” markalı yük avtomobilinin sürücüsü “Chevrolet” markalı minik vasitəsini aşırıb. Nəticədə minik avtomobili yoldan kənara çıxıb.
Xəsarət alan minik avtomobilinin sürücüsü, 47 yaşlı Vurğun Həsənov 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onda qabırğanın sınığı aşkarlanıb. Hazırda o, reanimasiya şöbəsindədir, vəziyyəti stabil olaraq qalır.
