Bakının Binəqədi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Zaur Quliyev tanışı ilə birgə qanunsuz şəkildə Kamal Əlizadəyə məxsus olan “İPhone 13 Pro” markalı mobil telefonu ələ keçirib.

Faktla bağlı Binəqədi Rayon Polis Bölməsində cinayət işi başlanılıb, istintaq aparılır. Quliyev şübhəli şəxs qismində saxlanılıb.