Sabunçu rayonunda evlərin birindən 19.300 manat oğurlanıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Sabunçu RPİ-yə daxil olan məlumata əsasən, Pirşağı qəsəbəsində yerləşən evdən 2300 manat və 10.000 dollar qeyri-aşkar şəraitdə oğurlanıb.

Keçirilən əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.