Paytaxt ərazisində 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə avtobuslar cəlb edilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
112 nəqliyyat vasitəsi sərnişin tələbatının daha çox müşahidə edildiyi 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətləri üzrə istifadəyə verilib.
Hazırda müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir.