Bakıda kişi həyat yoldaşına kəsiçi alətlə xəsarət yetirib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən məlumat verir.

Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 31 yaşlı Elşən Bağırov 29 yaşlı Əfsanə Bağırovanı aralarında baş verən münaqişə zəminində bıçaqlayıb. Qadın xəstəxanaya çatdırılıb.

Elşən Bağırov saxlanılıb. Araşdırma aparılır.