Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

32 yaşlı Telman Qasımov yolu keçən zaman Zəminə İsmayılova idarə etdiyi avtomobillə onu vurub. Kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.