Bu gün Sumqayıt-Bakı qatarında gecikmə müşahidə edilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Oxu.Az-a istinadən məlumat verir.
Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən sürət qatarı saat 09:35-də Sumqayıt stansiyasından çıxmalı və 10:16-da Bakı sərnişin stansiyasına çatmalı idi. Lakin qatar cədvəldəkindən 12 dəqiqə gec gəlib.
Maşinist sərnişinlərə bu haqda elan edib.