Bakının Suraxanı rayonundakı mənzillərin birində meyit aşkarlanıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN-in çağrı mərkəzinə bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açandan sonra içəridə bir nəfərin cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.