Azərbaycanlı Tələbələr Birliyinin rəhbərinin cinayət işi üzrə ibtidai araşdırma başa çatıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar Kayseri şəhərində fəaliyyət göstərən birliyin rəhbəri Əlixan Məhərrəmli onu şantaj edərək 68.000 manat tələb edib. İttiham olunan Əlixan Məhərrəmlinin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ə.Məhərrəmliyə yekun olaraq ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Daha öncə məlum olub ki, Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli həmin şəhərdə tələbə olan Sumqayıt sakini, 22 yaşlı S.Əkbərovadan 20.000 ABŞ dolları tələb edib. Əks halda o, tələbənin cinayət aləminin üzvü ilə münasibətlərinin olmasını universitetə çatdıracağını bildirib.

Tələbə bununla bağlı polisə şikayət edib və 26 yaşlı Əlixan Məhərrəmli Bakıda saxlanılıb.