Nizami adına Mədəniyyət və İstirahət Parkı Bakının Xətai rayonunda, 8 Noyabr şosesində yerləşir.

Bu parkın tarixi XIX əsrə təsadüf edir. 1898-ci ildə “Villa Petrolea”da yaşayan Nobel qardaşları Tərəfdaşlığının işçiləri Bakıda tərəfdaşlığının müdiri K.V.Hagelinə kollektiv ərizə ilə müraciət edirlər. Müraciətdə villada bağ salmaq istədiklərini yazırlar. Bu bağı qorumaq və abadlaşdırmaq istəyən işçilər işə götürmək və işdən çıxarmaq, bütün tədbirləri görmək üçün icazə istəyirlər. Bu işləri həyata keçirməkdən ötrü onlara lazımi məbləğin ayrılmasını xahiş edirlər və üç nəfərdən ibarət komitə seçirlər. [Сад “Виллы Петролеа”- парк им. Луначарского – “Роте Фане” – им.Низами (Луна-парк). (Баку, 1898-99 г.г.) — OurBaku]

Bağın yaradılması üçün Varşavadan tanınmış mütəxəssis E.Bekle dəvət olunur. Buradakı neftlə çirklənmiş torpaq Lənkəran qəzasından gətirilmiş torpaqla əvəz olunur. Suvarma üçün isə Nobel qardaşları Həştərxandan qayıdan tankerlər vasitəsilə Volqadan şirin su gətirirlər. Bağda subtropik bölgələrdən gətirilmiş 80000-ə yaxın kol və ağac, o cümlədən meyvə ağacları əkilir. Yay aylarında villadakı tikililər yaşıllığa bürünürdü. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX – начала XX веков. Баку-1978] 248

Lakin sonralar bağ öz görkəmini itirmişdir. 1922-ci ildə ərazi park statusunu almışdır və burada bərpa işləri aparılmışdır. 1923-cü ildə buranın adı dəyişdirilərək bolşevik Lunaçarski parkı adlandırılmışdır. 1928-ci ildə isə Lunaçarski parkının ərazisində Bakının ilk zooparkı açılmışdır. [Сад “Виллы Петролеа”- парк им. Луначарского – “Роте Фане” – им.Низами (Луна-парк). (Баку, 1898-99 г.г.) — OurBaku]

1931-ci ildə park alman qəzetinin şərəfinə “Rote Fahne” (almanca Qırmızı bayraq) adlandırılır. 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumundan sonra parkın adı dəyişdirilir və “Nizami parkı” olur. Müharibə illərindən sonra parkda yenidənqurma işləri başa çatdırılır. Onun sahəsi genişləndirilir. Parkda açıq hovuz fəaliyyət göstərməyə başlayır. [Гасанова А. А. Сады и парки Азербайджана: история развития ландшафтной архитектуры. Баку-1996]

1990-cı illərdə parka müxtəlif attraksionlar gətirilir və ora əyləncə məkanına çevrilir. 1 iyun 2000-ci ildə Nizami adına mədəniyyət parkının ərazisində Bakı Luna Parkının açılışı baş tutur. Lakin sonralar park fəaliyyətini dayandırır və ora yararsız hala düşür. [https://media.az/read/1067759842/]

Hazırda Ağ Şəhər layihəsi çərçivəsində Nizami parkı ərazisində abadlıq işləri aparılır.

Vaxtı ilə Bakının ən məşhur əyləncə məkanı olan Nizami Parkının tarixi

Nizami Parkı
Nizami Parkı
Nizami Parkı
Nizami Parkı
Nizami Parkı
Nizami Parkı
Nizami Parkı
Nizami Parkı
Nizami Parkı Nizami Parkı Nizami Parkı Nizami Parkı Nizami Parkı Nizami Parkı Nizami Parkı Nizami Parkı