Xətai rayonunda quruyan ağacları kəndirlə bağlayıblar. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış kompleksinin ərazisində olan ağacların böyük hissəsi quruyub, bəziləri isə kökündən kəsilib. Kəsilməyən ağaclar isə öz kökündə duran qonşu ağaclara kəndirlənir. Sakinlər qeyd olunan ərazidən istifadə etməkdən ethiyat etdiklərini bildirirlər.
“Yerində baxış da keçirilib, tərəfimizdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məktub göndəriləcək. Tam nəzarətimizdədir. Bəli, həqiqətən də ora həm məktəblər, həm bağça, ümumiyyətlə, əhalinin intensiv hərəkət etdiyi ərazidir. Çalışacağıq ki, yaxın zamanlarda bu məsələ öz həllini tapsın,” – deyə Xətai RİH-nin şöbə müdiri Pənah İmanov bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində araşdırma aparılacaq və yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.