Bakının Xəzər rayonunda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin qaynar telefon xəttinə hərbi sursatların rayon qəbiristanlığında basdırılması barədə məlumat daxil olub. Əraziyə cəlb olunan minalardan təmizləmə üzrə çevik qrup döyüş tətbiqinə yararlı Makarov tipli tapança, RQN əl qumbarası və partladıcısı aşkar edib. Tapılan sursatlar təhlükəsiz əraziyə aparılıb.

Daha sonra yaxın ətraf ərazilər yenidən yoxlanılıb və digər şübhəli əşya aşkar edilməyib.