Paytaxtın Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 12 sentyabr tarixində xəbər verib.
28 yaşlı Əmrah Kəlbiyev idarə etdiyi avtomobildə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi ilə toqquşub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.