Bakının Yasamal rayonu, “Qələbə” dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Əbdülvahab Salamzadə küçəsində təmir işləri aparılır. Müvəqqəti olaraq hərəkətə qismən məhdudiyyət qoyulub. Sürücülər alternativ yol olaraq Həsən Əliyev küçəsindən istifadə edə bilərlər.