Bakının Ziya Bünyadov prospektində yeni yerüstü keçid tikilir. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində tikilən keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metr, hündürlüyü isə 5,8 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli insanlar üçün oval tipli piyada pandusları quraşdırılacaq.