Bakının Aeroport şosesində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinə istinadən məlumat verir.
İki avtomobilin toqquşması nəticəsində mərkəz istiqamətində sıxlıq yaranıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunublar.