Bakıda 13-14 sentyabr tarixlərində badminton idman növü üzrə nümunəvi çıxışlar təşkil olunacaq. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Uşaq, yeniyetmə və gənclər üçün Nizami rayonu üzrə gənclər və idman sektoru və Badminton Federasiyasının məşqçi-müəllim heyəti tərəfindən badminton idman növü ilə bağlı praktiki təlimlər, məşğələlər, nümunəvi çıxışlar həyata keçiriləcək.

İdman tədbirinə giriş sərbəstdir. Çıxışlar Qara Qarayev prospekti, 18 ünvanında, Abad məhəllədə saat 16:00-da baş tutacaq.