Sentyabrın 15-də Bilik Gününə həsr olunmuş “Birlik” intellektual yarışı keçiriləcək. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) və Bakı Gənclər Mərkəzinin (BGM) birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Yarış BŞGİİ-nin əməkdaşları və gəncləri arasında “Nə? Harada? Nə zaman?” formatında təşkil olunacaq.

Oyun Bakı Gənclər Mərkəzində saat 14:30 baş tutacaq.