Bakıda 21-24 sentyabr tarixlərində Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Festival Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək. Tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.

Tədbir günlərində gəncləri canlı musiqi, DJ, faydalı və əyləncəli proqramlar gözləyir.

Festivalın cədvəli və qeydiyyat formasını buradan tapmaq mümkündür.