Sentyabrın 13-də görkəmli bəstəkar, pedaqoq, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı və Heydər Əliyev mükafatı laureatı, akademik Arif Məlikovun anadan olmasının 90 ili tamam olub. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin rəhbər işçiləri, bəstəkarın ailə üzvləri və başqaları Birinci Fəxri xiyabanda Məlikovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Arif Məlikov 2019-cu il mayın 9-da dünyasını dəyişib.

Bakıda görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
Foto Report.az saytı