Bakıda sentyabrın 14-də “Tap qaytar” adlı yeni layihə başlayır. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Layihə “Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir.
Aksiya saat 11:00-da Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda keçiriləcək. Tullantıların içərisindən tapılan sürücülərə aid sənədlər, eləcə də 50-dən çox avtomobil dövlət nömrə nişanları Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təqdim ediləcək.