Xəzər rayonununda mebel mağazası yanıb. Bu barədə bu gün, 13 sentyabr tarixində BakuPlus.az Report-a istinadən məlumat verir.

Binə qəsəbəsi Əli İsazadə küçəsində yerləşən 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Hadisə zamanı mağazanın sahibi, 43 yaşlı Ramin Həbibov xəsarət alıb. Yanğın təqribən 150 kvm. ərazini əhatə edib.

Hadisənin təfərrüatı araşdırılır.