Bakıdakı Rus Evində Günel Ravilovanın “Mənim həyatım” adlı fərdi sərgisi keçiriləcək. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Sərgi sentyabrın 15-də sat 16:00-da açılacaq. Tamaşaçıların diqqətinə təqribən 40 rəsm işi təqdim olunacaq. Sərgiyə giriş sərbəstdir.

“Burada sürrealist görünüş anları – adi süjetə qeyri-ənənəvi yanaşma mövcuddur. Rəsm əsərlərində müəllifin gözü ilə tamaşaçıya dünyanı göstərən inandırıcı mənzərələr var”, – press-relizdə deyilir.

Günel Ravilova 2011-ci ildən Azərbaycanın Rəssamlar İttifaqının üzvüdür.