Sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilan və Bakıda bir sıra nüfuzlu tədbirlərdən ibarət “Şəhərsalma Həftəsi” təşkil ediləcək. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə birgə keçiriləcək.
Oktyabrın 2-də Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Forum Azərbaycandan, həm də bir çox xarici ölkələrdən müxtəlif dövlət rəsmilərini, habelə mütəxəssisləri və ekspertləri bir araya gətirəcək.