Bakı metrosundan istifadə edənlərin sayı 8%-ə qədər artıb. Bu haqda bu gün, 13 sentyabr tarixində BakuPlus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari ilin yanvar-avqust aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı açıqlanıb.
Yeraltı nəqliyyat vasitəsindən istifadə edənlərin sayı 7,9% artaraq 138,4 mln. nəfər olub.