Bakının 3 rayonunda ağaclar qanunsuz şəkildə kəsilib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədovun verdiyi məlumata əsasən, ağacların Nəsimi rayonunda “İnvest.M Construction” MMC, Nizami rayonu, Q.Qarayev prospektində “REA” MMC, Xətai rayonu, Xudu Məmmədov küçəsində “Suqovuşan” ictimai-iaşə obyekti
tərəfindən kəsildiyi məlum olub.
Qanunu pozanlara akt tərtib edilib, hər fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.