Bakının prospektlərində yol qəzaları baş verib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisələrdən biri Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb. Nəticədə “Qara Qarayev” metro stansiyası istiqamətində tıxac yaranıb.

Digər yol qəzası Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında olduğuna görə “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.

Ərazilərə polis əməkdaşları cəlb olunublar, sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Bakının iki prospektində yol qəzaları baş verib
Foto NİİM