Bakıda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus buraxılıb. Onlardan 12 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 20 avtobus cəlb edilib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Əlavə avtobuslar 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərində mövcüddur.
Ötən ildə bu marşrutlar üzrə 1697 avtobus fəaliyyət göstərib. Bu il isə avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1 886-ya çatıb.