Bakının Binəqədi rayonunda Dövlət Yol Polisinin (DYP) xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.

Hadisə Dərnəgül yolunda qeydə alınıb. 99-YP-433 dövlət nömrə nişanlı “Mercedes” markalı DYP avtomobilini arxadan avtobus vurub. YPX maşınının sürücüsü hərəkətdə olan zaman idarəetməni itirərək işıq dirəyinə çarpılıb.

Yol polisi əməkdaşı yüngül xəsarət alıb. Nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.