Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində sakinlərə zibil qutuları narahatlıq yaradıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Əraziyə qoyulan qutular insanlara və avtomobillərə maneçilik törədir.
Sakinlərin sözlərinə görə, qutuların qoyulduğu yerdən keçmək çətinlik yaradır. Həmçinin orada yığılan tullantılardan xoşagəlməz qoxu gəlir.
Bu küçənin sakinləri qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edirlər.