Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində naməlum şəxsin azyaşlılara narkotik vasitə verməsi ilə bağlı paylaşılan görüntülər sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Yayılmış kadrlarla bağlı polis mayoru Anar Qafarov bildirib ki, hadisə araşdırılıb. Onun sözlərinə görə, həmin şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir”, – DİN rəsmisi bildirib.

 

View this post on Instagram

 

A post shared by BAKU SHOW (@showbaku_)