Ötən il, 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində 80 hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Sentyabrın 12-14-də davam edən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə sarsıdıcı zərbələr endirib. Ermənistanın təxribatına cavab əməliyyatı zamanı sərhəddə strateji yüksəkliklər nəzarətə götürülüb, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib, hərbi infrastrukturu, silah-sursat anbarı, hərbi texnika və qurğuları sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən 282 hərbi qulluqçu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Döyüşlər zamanı Silahlı Qüvvələrimizin ümumilikdə 79 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb, daha sonra sentyabrın 17-də Yusif Qurbanov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Şәhid olan hәrbi qulluqçuların siyahısı: https://mod.gov.az//images/pdf/a1163b6146e1143e29be346c213e4dc6.pdf