Ermənilər tərəfindən törədilən növbəti təxribatın qarşısı alınıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Bu gün saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində ordumuzun mövqelərini intensiv atəşə tutublar.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.