Bakının Nərimanov rayonunda velosipedlər oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şübhəli bilinən Bakı şəhər sakini Vüsal Vəliyev saxlanılıb.

Araşdırma zamanı onun “Oğurluq” maddəsi ilə axtarışda olduğu məlum olub.

Faktla bağlı araşdırma davam edir.