Bakıda xanım idman həkimi mərkəz direktoru təyin edilib. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Qaynarinfo.az-a istinadən xəbər verir.
Nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin direktoru vəzifəsi Vüsalə Kazımovaya həvalə olunub.
Kazımova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİ) İdman tibbi və reabilitasiya ixtisasını bitirib.